avatar
Baku TV
@bakutvxeber
04.04.2026 10:05
Baku TV �Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm Pezeşkian bunu Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı barədə "X" sosial media hesabında etdiyi paylaşımda bildirib. "Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətim zamanı Azərbaycan hökumətinin və xalqının göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birinin yanında olur, sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ da bir o qədər güclü olur", - İran Prezidenti bildirib. @bakutvxeber
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib

Bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

@bakutvxeber
👍 9
🤡 1
1 1 1.6K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram