Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib.
Məlumata görə, təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir.
@bakutvxeber
Обсуждение 1
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram