Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
"Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Həmçinin, sənədə görə, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram