avatar
Baku TV
@bakutvxeber
02.04.2026 20:26
Baku TV Фото: Nizami Kino Mərkəzini görün hansı hala saldılar | DİN hərəkətə keçdi - Baku TV Video linki: https://youtu.be/RapkW2suI7M @bakutvxeber
Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara etmiş, müxtəlif söz və ifadələr yazıblar:

"Görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.

Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də qanunvericiliyinin tələbidir".


@bakutvxeber
👍 1
👏 1
1 1.5K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram