‼️Əli Əsədov: Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sıradadır
Bunu Azərbaycanın baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb.
"Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir".
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram