avatar
Baku TV
@bakutvxeber
01.04.2026 01:00
Bu gün Ümumdünya Gülüş Günüdür

Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar Yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, Yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.

Aradan illər keçdi. Xalq yavaş-yavaş Yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmin günkü zarafatları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.

Tezliklə bu ənənə bütün dünyaya yayıldı.

@bakutvxeber
👍 5
3
🤬 1
1 2K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram