avatar
Baku TV
@bakutvxeber
31.03.2026 18:14
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Tütün və tütün məmulatları haqqında" qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.

"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin",

- məlumatda qeyd olunub.

@bakutvxeber
👍 6
1 3 1.7K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram