avatar
Baku TV
@bakutvxeber
28.03.2026 09:20
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

@bakutvxeber
👍 2
1 2.1K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram