avatar
Baku TV
@bakutvxeber
27.03.2026 20:33
İran XİN: İsrailin hücumu nəticəsində Livanda altı iranlı diplomat öldürülüb

Bu barədə İran XİN-ə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"İsrail ordusu cinayət törədərək İran diplomatlarının iqamətgahına hücum edib, ölkəmizin Livandakı diplomatlarından olan Seyid Məhəmmədrza Musəvi, Əlirza Biyazar, Məcid Həsəni Kəndəsər, Hüseyn Əhmədlu, Əhməd Rəsuli və Əmir Muradını öldürüblər",- XİN-in bəyanatında deyilir.

XİN-dən o da bildirilib ki, diplomatların iqamətgahına hücum beynəlxalq hüquqa ziddir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları başlayandan bir müddət sonra İsrail ordusu Livana hava zərbələrini intensivləşdirib. Bununla yanaşı, İsrail mexanikləşdirilmiş bölmələri Livana təxminən 5 kilometr irəliləyərək cənubdakı səkkiz yaşayış məntəqəsini üzərində nəzarəti ələ keçirib.

@bakutvxeber
4
👍 1
1 2K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram