avatar
Baku TV
@bakutvxeber
26.03.2026 17:03
Baku TV �Ağdamda mina partlayıb, xəsarət alan var Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da baş vermiş mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. @bakutvxeber
Ağdamda minaya düşən şəxsin son durumu açıqlanıb

Ağdam rayonunun Yusifcanlı kəndində minaya düşən şəxsin vəziyyəti orta ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir.

@bakutvxeber
👍 3
2
👎 1
1 1 1.7K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram