avatar
Baku TV
@bakutvxeber
26.03.2026 12:39
Baku TV �KİV: Türkiyənin neft tankeri dronla vurulub Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığı iddia edilir. "Report" "Haber Global"a istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub. Məlumata görə, hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib. Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib. Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. @bakutvxeber
‼️Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.

Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:

"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".

@bakutvxeber
👎 1
🤬 1
6 1.8K

Обсуждение 6

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram