�
ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb
"Report" xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb.
Adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı beş konkret şərti açıqlayıb: ABŞ və İsrail tərəfindən "təcavüz və qətl"in tamamilə dayandırılması, İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.
"İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıqlar aparılmayacaq", - deyə rəsmi şəxs vurğulayıb və əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək: "Müharibə Trampın bitdiyini gördüyü zaman deyil, İran qərar verəndə bitəcək", - deyə o əlavə edib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram