avatar
Baku TV
@bakutvxeber
25.03.2026 02:54
Floridanın məşhur küçəsində Azərbaycan bayrağı ucaldılıb

ABŞ-nin Florida ştatının Koral Qeybls şəhərinin məşhur və nüfuzlu küçələrindən olan Mirakl Mile və Ponce de Leon Bulvarında Azərbaycan bayrağı ucaldılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, iki məşhur küçənin kəsişməsində yerləşən, müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu dirəklərə Azərbaycan bayrağı da əlavə olunub.

Layihə şəhərdə yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Leyla Hüseynin təşəbbüsü və Azərbaycanın ABŞ-dəki Səfirliyinin Koral Qeybls meriyasının dəstəyi ilə həyata keçirilib.

@bakutvxeber
👍 7
3
2.1K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram