KİV: İsrail və ABŞ İranda qaz boru kəmərinə zərbə endirib
İsrail və ABŞ silahlı qüvvələri İranın cənub-qərb və mərkəzi hissələrindəki qaz infrastrukturu obyektlərinə zərbələr endirib.
"Report"un məlumatına görə, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hücumların hədəfi İsfahanda yerləşən qazpaylayıcı stansiyanın binası, habelə İraqla sərhəddə yerləşən Xürrəmşəhr şəhərindəki elektrik stansiyasına gedən qaz kəməri olub.
Atəş nəticəsində həlak olanlar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Agentlik dəqiqləşdirib ki, qaz infrastrukturu obyektlərinə, eləcə də yaxınlıqdakı yaşayış binalarına maddi ziyan dəyib.
ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram