avatar
Baku TV
@bakutvxeber
24.03.2026 03:06
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və onunla İranla mümkün sazişi müzakirə etdiyini bildirib

Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

"Tramp hesab edir ki, strateji maraqlarımızı qoruyacaq saziş çərçivəsində hərbi hədəfləri möhkəmləndirmək üçün İsrail Müdafiə Ordusunun və ABŞ Silahlı Qüvvələrinin mühüm nailiyyətlərindən istifadə etmək şansı var", - deyə Netanyahu vurğulayıb.

Baş nazir əlavə edib ki, bu ərəfədə İsrail hərbçiləri İran və Livana zərbələr endirməyə davam edəcəklər. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlar İranın nüvə proqramı ilə məşğul olan iki alimi zərərsizləşdiriblər.

@bakutvxeber
5
🤬 1
🤣 1
1 2K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram