avatar
Baku TV
@bakutvxeber
19.03.2026 04:03
İsrail əməliyyat başlayandan bəri ilk dəfə İranın şimalına zərbə endirib

"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidmətindən bildirilib.

"İsrailin Hərbi Hava Qüvvələri Hərbi Dəniz Qüvvələri ilə İsrail Müdafiə Qüvvələrindən alınan kəşfiyyat məlumatlarına əsaslanaraq "Şir nərəsi" əməliyyatı dövründə ilk dəfə İranın şimalındakı hədəflərə zərbələr endirməyə başlayıb", - məlumatda qeyd olunub.

Bununla belə, Xəzər dənizi sahilində ən böyük olan eyniadlı limanın yerləşdiyi Bəndər-Ənzəli şəhər administrasiyasının nümayəndəsi obyektin zərbələrə məruz qaldığını təsdiqləyib, onun sözlərini "Tasnim" agentliyi yayıb.

Amerika və İsrail silahlı qüvvələrinin hədəfləri gömrük idarəsinin binası, eləcə də bir sıra digər obyektlər olub.

@bakutvxeber
👎 5
3
🥱 3
🤬 1
1.7K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram