avatar
Baku TV
@bakutvxeber
17.03.2026 20:24
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və İrana qarşı əməliyyat çərçivəsində addımların koordinasiyasını müzakirə etdiklərini bildirib.

O bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, İsrail və ABŞ arasında sıx qarşılıqlı fəaliyyət, o cümlədən hərbi hava qüvvələri və donanmaların əməkdaşlığı, eləcə də rəhbərlik səviyyəsində təmaslar qorunub saxlanılır. B. Netanyahu qeyd edib ki, İrana təzyiq bilavasitə hərbi əməliyyatlar formatında və başqa metodlarla gücləndiriləcək.

"Qarşıda hələ xeyli sürpriz var. Müharibəni hiylə ilə qazanacağıq. Biz burada bütün hiylələri açıqlamayacağıq, ancaq çox plan var",

- o yazıb.

@bakutvxeber
🥱 3
👍 1
👎 1
🤬 1
🤮 1
2 1.5K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram