avatar
Baku TV
@bakutvxeber
17.03.2026 16:47
WUF13 çərçivəsində sahibkarlar üçün məlumatlandırma tədbiri təşkil olunub

Martın 17-də “Bakı KOB evi”ndə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı çərçivəsində “WUF13 – özəl sektor üçün məlumatlandırma sessiyası” keçirilib

17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Sessiyanın əsas məqsədi özəl sektor nümayəndələrini WUF13, eləcə də bu beynəlxalq platformanın biznes üçün yaratdığı imkanlar barədə məlumatlandırmaq olub.

ƏTRAFLI

@bakutvxeber
👍 1
1.5K
* Принадлежит организации Meta, которая признана экстремистской и запрещена на территории РФ

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram