Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
@bakutvxeber
Обсуждение 2
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram