avatar
Baku TV
@bakutvxeber
17.03.2026 02:42
İran dronunun zərbəsindən BƏƏ-nin qaz yatağı yanmağa başlayıb

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Şah" qaz yatağı İran PUA-sının zərbəsindən sonra alışıb.

Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi əmirliyin hakimiyyət orqanlarına istinadən xəbər verir.

Məlumata görə, hücum nəticəsində xəsarət alan yoxdur. Hadisə yerində yanğının söndürülməsi ilə məşğul olan təcili xidmətlər işləyir.

"Şah" yatağı Əbu-Dabidən qərbdə yerləşən Rüb əl-Xali səhrasında yerləşir və dövlət şirkəti "Abu Dhabi National" (ADNOC) ilə ABŞ-nin "Occidental Petroleum" şirkətinin birgə müəssisəsi tərəfindən işlənilir.

@bakutvxeber
👍 3
👎 1
1.9K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram