�
SEPAH: ABŞ-nin qırıcı təyyarələrinin anqarları məhv edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.
"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" xəbər agentliyi məlumat yayıb.
"Amerika hərbçilərinin qırıcı anqarları qanadlı raketlərlə məhv edilib",- məlumatda bildirilib.
SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam etdiriləcəyini vurğulayıb.
@bakutvxeber
Обсуждение 1
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram