�
Nadejda Neynski: Bolqarıstan Azərbaycanla müqavilələr sayəsində energetikada əlverişli mövqedədir
Bolqarıstan Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Avropa İttifaqı (Aİ) ölkələri arasında energetika baxımından əhəmiyyətli dərəcədə əlverişli mövqedədir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən Nadejda Neynski bildirib.
"Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Bolqarıstan neft qiymətlərinin kəskin artmasının yaratdığı böhran şəraitində nisbətən daha əlverişli mövqedə qərarlaşıb", - o bildirib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram