�
Tofiq Musayev: Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasında İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş yüksək səviyyəli iclasda deyib.
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) təşkilatçılığı ilə baş tutan iclas təşkilatın Baş Assambleyanın qərarı ilə 15 mart tarixinin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunması münasibətilə təşkil edilib.
Tədbir BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinosun moderatorluğu ilə baş tutub.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram