avatar
Turan Ekspress
@turan_ekspressi
22.08.2026 20:46
‼️☄️Almaniya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq gücünə malik uzaqmənzilli raket sisteminin yaradılması üçün 12 milyard avro vəsait ayırmağa hazırlaşır.

"Politico" nəşrinin Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən verdiyi məlumata görə, hələ təsdiqlənməmiş 4 mərhələli plan minlərlə kilometr məsafədə yerləşən hərbi hədəfləri vurmaq imkanı yaradacaq:

* I mərhələ: Gələn ildən etibarən istifadəyə verilməsi nəzərdə tutulan nisbətən ucuz qanadlı raketlər. Variantlar arasında İsrailin "Covenant" şirkətinin raketləri, eləcə də Ukraynanın "BARS" və "Flamingo" sistemləri nəzərdən keçirilir.

* II mərhələ: ABŞ istehsalı olan "Tomahawk" qanadlı raketləri və "Typhon" yerüstü buraxılış qurğularının tədarükü və ehtiyatların artırılması.

* III və IV mərhələlər: Böyük Britaniya ilə birgə 2000 km-dən artıq mənzilə malik müasir qanadlı raketlərin və hipersəs silahlarının hazırlanması (təxminən 10 il ərzində hazır olması gözlənilir).

#AvrasiyaHərəkatı
@Turan_ekspressi
58

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Turan Ekspress

2K
Bir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti

Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot
Открыть в Telegram