Yəmənlilərin Əl-Səud ailəsinə vurduğu ağır və bərpası mümkün olmayan zərbə
Bu, Yəmən ordusunun Cizan şəhərindəki böyük neft emalı zavoduna hücumu ilə bağlı son yenilənmiş məlumatdır. Həmin zavod Hicaz bölgəsinin ehtiyac duyduğu yanacağın ən mühüm istehsalçısı və Səudiyyə rejiminin neft məhsulları ixracı üzrə ən vacib mərkəzlərindən biri hesab olunur.
Yuxarıdakı yazılarda bu neft emalı zavodu və ona edilən hücum barədə izah vermişdim. İndi isə dostlarımdan birinin mənə göndərdiyi bu xəritəni gördükdən sonra əmin oldum ki, dediklərim tam dəqiq və doğru olub.
Yəmənlilər benzin, dizel və təyyarə yanacağı çənlərinə hücum etməklə yüz milyonlarla, bəzi məlumatlı mənbələrin dediyinə görə isə təxminən 2,5 milyard litr yanacağı alova verdilər. Bunun qarşısını almaq heç bir şəkildə mümkün deyildi. Yəmənlilər real və yanacaqla dolu çənləri müəyyən edib məhv etməklə bu böyük neft emalı zavodunda nəhəng və nəzarətsiz yanğının baş verməsinə səbəb oldular.
Dünən yanğının miqyasına baxanda onun bir neçə fərqli nöqtədə olduğunu gördüm. Amma indi gördüyünüz kimi, yanğın zavodun bütün əsas bölmələrinə yayılır və bu gedişlə deməliyik ki, gündə 400 min barrel ağır neft emal edən və Avropanın yanacaq tələbatının mühüm hissəsini qarşılayan bu strateji zavod artıq tamamilə sıradan çıxmaq üzrədir...
İndi əgər Əl-Səud ailəsi yəmənlilərlə daha çox qarşıdurmaya getmək istəsə, onların digər obyektləri də eyni şəkildə məhv ediləcək.
Bu, Amerika “qorillasının” (Pedofil Tramp) qarşısında duran bir mənzərədir ki, İranla infrastruktura yönəlmiş müharibənin bölgənin neft sənayesinin başına nə gətirə biləcəyini başa düşsün...
#AvrasiyaHərəkatı
@Turan_ekspressi
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram