avatar
Turan Ekspress
@turan_ekspressi
26.07.2026 18:05
‼️İranın xarici işlər naziri Abbas Araqçı iyulun 25-də Avropa Birliyinin baş diplomatı Kaya Kallasla telefonla danışıb. Araqçı söhbət zamanı Ukraynanın Tehranın təbirincə İranın Xəzər dənizindəki ticarət gəmisinə hücumunu sərt şəkildə qınayıb.

O həmçinin BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi və beynəlxalq ictimaiyyəti bu hücumun təşkilatçıları və dəstəkçilərini məsuliyyətə cəlb etməyə çağırıb.

İran bildirib ki, Ukraynanın hücumu nəticəsində gəmidə partlayış baş verib, 1 dənizçi ölüb, digəri yaralanıb. Bu iddianı AzadlıqRadiosu müstəqil mənbələrdən yoxlaya bilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə iyulun 25-də Kiyevin Xəzərdəki hədəflərə zərbə endirdiyini açıqlayıb. O açıqlamasında Rusiyanın hərbi gəmisini, eləcə də İranın iştirakı ilə hərbi yükləri daşıyan gəmini vurduqlarını açıqlayıb.

SEPAH-a yaxın olan “Tasnim” agentliyi isə Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilinin İran XİN-ə çağırıldığını və nazirin köməkçisi Mənuçöhr Moradi tərəfindən qəbul edildiyini yazıb. Yayılan məlumatda İranın bu addımı cavabsız qoymayacağının ukraynalı diplomata çatdırıldığı bildirilib.

Kiyev və Qərb uzun müddətdir İranı Rusiyaya Ukraynaya qarşı döyüşlərdə istifadə üçün dron tədarükünə görə qınayırlar.

#AvrasiyaHərəkatı
@Turan_ekspressi
🔥 1
38

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Turan Ekspress

2K
Bir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti

Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot
Открыть в Telegram