avatar
Turan Ekspress
@turan_ekspressi
26.07.2026 09:28
Dünən Tramp Pentaqon rəhbərliyi ilə görüş keçirib və görüşdən sonra İrana raket hücumlarının dayandırılması barədə əmr verib. Bu gecə İrana zərbə olmayıb.

"The New York Times" qəzetinin məlumatına görə hücumları dayandırmağın əsas səbəbi "Patriot" raketlərinin çatışmazlığı olub.

Məsələnin belə biabırçı bitəcəyi çox adama məlum idi, bircə Trampın goplarına hələ də inananlar Hörmüz məsələsində nəyinsə dəyişəcəyinə ümid edirdilər.

NYT ABŞ-ın vəziyyətinin nə qədər ağır olmasını gizlətmək üçün yalnız "Patriot" raketlərinin çatışmazlığını əsas gətirir. Əslində isə ABŞ-ın bütün növlərdən müdafiə raketləri və bütün növlərdən uzaqmənzilli hücum raketləri tükənmək üzrədir. Təkcə 40 günlük müharibədə ABŞ 11 mindən artıq hücum raketi istifadə edib. ABŞ analitikləri qeyd edirlər ki, bu ABŞ-ın həmin tiplərdən ümumi raket ehtiyatının 2/3-dən çoxdur. Raket ehtiyatının müharibədən əvvəlki səviyyəyə çatdırılması üçün ABŞ-a 5-8 il vaxt tələb olunur.

Tramp atəşkəsi pozarkən hücumları uzun müddət apara bilməyəcəyini bilirdi, lakin həmişəki kimi blef edir, guya İranı qorxudurdu. Bir həftə ardıcıl raket hücumlarından, cavabında İrandan ağır zərbələr alandan sonra blefinin mənasız olduğunu başa düşən Tramp İrana İraq, Pakistan və Qətər elçilərini göndərməyə başladı ki, yenidən atəşkəs elan edək. İran isə ABŞ-ın onsuz da hücumları davam etmək imkanında olmadığını bildiyi üçün ABŞ-ın atəşkəs təkliflərini rədd etdi. Atəşkəsə getmək üçün ABŞ-ın İslamabad anlaşma memorandumundakı ilkin şərtləri (İsrail qoşunlarının Livandan və Qəzzadan çıxarılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinin qaytarılması, İranın neft satışına sanksiyaların ləğv edilməsi və s.) qeyd-şərtsiz yerinə yetirməyi tələb etdi.

İrandan müsbət cavab gəlsəydi, Tramp deyəcəkdi ki, biz İranın xahişini nəzərə alaraq atəşkəsə razılaşdıq. İran ona bu bəhanəni vermədi, məcbur qalıb birtərəfli qaydada atəşkəsə getdi və yəqin, indi Baal tanrısına yalvarır ki, İran da atəşi dayandırsın.

Hazırda Trampın (və ABŞ-ın) vəziyyəti çox pisdir:
➖ sursat tükənib;
➖ İran Hörmüz boğazını bağlayıb;
➖ neft və neft məhsullarının qiymətləri qalxıb;
➖ inflyasiya artır;
➖ neft və neft məhsulları üzrə strateji və kommersiya ehtiyatları tarixi minimum həddinə çatıb;
➖ husilər S.Ərəbistanı nefti üçün Bab əl-Məndab boğazını bağlayıblar;
➖ Rusiya da dizel ixracını dayandırıb;
➖ Trampın və respublikaçıların reytinqi düşməkdə davam edir;
➖ sosioloji sorğulara görə, ABŞ əhalisinin 70%-i İran müharibəsinin əleyhinədir (İraq müharibəsi zamanı 6 ildən sonra ABŞ əhalisinin 60%-i müharibənin əleyhinə idi, Tramp ondan da yüksək antireytinqə 6 ay ərzində nail ola bilib);
➖ Konqresə aralıq seçkilərinə isə 100 gün qalıb.

Trampın İrana qarşı heç bir təsirli "silahı" qalmayıb, hamısını istifadə edib və istədiyinə nail ola bilməyib – bircə nüvə silahından başqa, onu da istifadə etmək üçün İran bəhanə vermir.

Bəs bundan sonra nə ola bilər?

▪️ ABŞ ictimaiyyət qarşısında tələb edəcək, ictimaiyyətdən gizlində isə yalvaracaq ki, İran danışıqları bərpa etsin.
▪️ ABŞ İranın dəniz blokadasını saxlayacaq ki, İrana qarşı heç olmasa bir təzyiq vasitəsi olsun.
▪️ İran ilkin tələbləri yerinə yetirilməyincə danışıqlara başlamayacaq.
▪️ Danışıqlara başlamayınca isə Hörmüz boğazını açmayacaq;
▪️ Dəniz blokadası İrana ziyan vurduğu kimi ABŞ-a ziyan vurur – özü də daha böyük: neft qiymətləri yüksəlməkdə, ABŞ-ın Körfəzdə nüfuzu enməkdə davam edəcək.
▪️ Husilər Bab əl-Məndab boğazını S.Ərəbistanı üçün bağlı saxlayacaqlar – bunun üçün əsas var: S.Ərəbistanı Yəməni 11 ildir nəqliyyat blokadasında saxlayır, əvəzində Yəmən də onun bir yolunu bağlayır.
▪️ S.Ərəbistanı neftinin bazara çıxmaması və ya daha uzaq yolla (Süveyş kanalından) çıxması, həmçinin ABŞ-ın strateji neft ehtiyatlarının tükənməsi neft qiymətlərinin 40 günlük müharibə zamanında olduğundan daha sürətlə artmasına səbəb olacaq.
▪️ Konqresə seçkilər yaxınlaşdıqca Tramp "ağlar" günə qalacaq və İranın tələblərini (azı bir qismini) qəbul etməyə məcbur olacaq.
1
37

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Turan Ekspress

2K
Bir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti

Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot
Открыть в Telegram