“Azərbaycan Hava Yolları” ✈️ və peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” ��️ təyyarələrin yüksək sürətli internetlə təchiz edilməsinə dair strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. ��
Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksək sürətli sistemi ilə təchiz olunacaq.
Yüksək sürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.
***
#AzerbaijanAirlines has officially signed a strategic partnership with #Viasat Inc., a global leader in satellite communications, to equip aircraft with high-speed internet.
The agreement was signed by Samir Rzayev, President of #AZAL CJSC, and Don Buchman, President, Aviation at Viasat Inc., during the Dubai Airshow 2025 — one of the world’s largest international aviation exhibitions.
As part of the partnership, AZAL will equip twenty new aircraft — including Airbus A320 family and Boeing 787-9 Dreamliners currently being delivered to the fleet — with the Viasat Amara system.
In addition to high-speed Wi-Fi, the partnership will also introduce a wireless in-flight entertainment platform. Passengers will be able to use their own devices to access a rich library of content. The first two Airbus A320neo aircraft delivered to the airline this year are already operating with the new system installed.
❤22
🔥8
👍1
3 8.1K
Обсуждение
0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram